Azərbaycan Ordusunun mövqeləri martın 17-də yenidən atəşə tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlunmat yayıb.
Bildirilib ki, gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.