17 mart 2025 16:05
105

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Bu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 faiz artaraq 2 milyard 202,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 672 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.

Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 215,3 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 32,1 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.