17 mart 2025 17:30
121

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi növbəti dəfə uğur qazanıb.

“İki sahil” xəbər verir ki,  nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentlik Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu iESE (Improvement and Efficiency Social Enterprise) təşkilatı tərəfindən “iESE Dövlət Sektorunun Transformasiyası Mükafatı”na layiq görülüb.

Agentliyin mühüm rəqəmsal sosial layihələrindən olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) müsabiqənin “Rəqəmsal, texnologiya və məlumat analizindən ən yaxşı istifadə” və “İnnovasiya” nominasiyaları üzrə ətraflı təhlil edilib və qalib seçilib.

Qeyd edək ki, 2024-cü ildə də ƏMAS təşkilat tərəfindən mükəmməllik sertifikatına layiq görülüb.