17 mart 2025 18:07
107

Zakir Fərəcov bazarda qiymətlərlə maraqlandı, tapşırıqlar verdi

Sumqayıt şəhərində Novruz Bayramı münasibətilə hazırlıq işləri davam edir. Bayram günlərində əhalinin rahatlığının təmin olunması, bazarlarda və ticarət mərkəzlərində süni qiymət artımının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndirilib.

“İki sahil” xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Karvan Ticarət Mərkəzində olub, burada məhsulların qiymətləri və keyfiyyəti ilə tanış olub. İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Karvan Ticarət Mərkəzinin rəhbərliyi bazarlarda geniş çeşidli məhsulların mövcudluğu, vətəndaşların rahat alış-veriş etməsi üçün yaradılan şərait barədə məlumat verib.