18 mart 2025 11:41
113

Avropa İttifaqı Ukraynaya yardım məsələsində razılığa gələ bilmir

Avropa İttifaqına üzv ölkələrin həftənin sonuna qədər Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyəcəyi ehtimalı var.

“İki sahil” xəbər verir ki, bu məlumatı Bloomberg agentliyi Aİ ölkələrinin liderlərinin martın 20-də keçiriləcək sammitində təklifi müzakirə edəcəkləri mənbələrə istinadən bildirir.

“Lakin çox güman ki, onlar razılığa gələ bilməyəcəklər”, - deyə, mənbə yazır.

Qeyd olunur ki, ittifaq ölkələrinin əksəriyyəti bu təşəbbüsü dəstəkləyir, lakin onlardan bəziləri, xüsusən də Fransa və İtaliya planın ətraflı izah edilməsində israrlıdır.