Almaniya ilə sərhəddə yerləşən Lüksey-en-Ben aviabazasında gələcəkdə nüvə silahı yerləşdiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, nüvə başlıqlı “Rafale” qırıcıları 2035-ci ildən Almaniya ilə sərhəddəki aviabazada yerləşdiriləcək.