18 mart 2025 11:54
135

Tramp Moskvaya güzəştə getməklə Zelenskini təhlükəli vəziyyətə sala bilər

ABŞ prezidenti Donald Tramp Moskvaya güzəştə getməklə Zelenskini təhlükəli vəziyyətə sala bilər.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" yazır.

Agentlik bildirir ki, Tramp Ukraynanın razılığı olmadan Rusiyaya güzəştə gedə və Zelenskini “təhlükəli mövqeyə” qoya bilər.

Nəşr həmçinin qeyd edir ki, Kiyev və avropalı müttəfiqləri ABŞ prezidentinin onları Moskvanın şərtlərini qəbul etməyə məcbur etməyə çalışacağından ehtiyat edirlər.

Bundan əvvəl məlum olub ki, Ukrayna rəsmiləri Trampın Odessa limanının Rusiyanın nəzarətinə keçməsinə razılıq verməsindən ehtiyatlanır.