18 mart 2025 13:32
134

Trampın reytinqi rekord həddə çatıb

Amerikalılar arasında Donald Trampın reytinqi rekord həddə - 47%-ə çatıb.

“İki sahil” xəbər verir ki,  bunu "NBC News"un keçirdiyi sorğunun nəticələri təsdiqləyib.

Trampın prezident kimi fəaliyyətinin ilk müddətində amerikalıların orta hesabla 44%-i onun fəaliyyətini müsbət qiymətləndirib. Eyni zamanda, respondentlərin 50%-dən çoxu respublikaçının siyasətini bəyənmədiklərini və iqtisadi qərarlarına şübhə ilə yanaşdıqlarını, xüsusən də onun miqrasiya sahəsindəki addımlarını dəstəklədiklərini bildiriblər.

Lakin ABŞ-da Demokratlar Partiyasının populyarlığı, son sorğulara görə, 1992-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.