18 mart 2025 13:56
115

Çin ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalını DAYANDIRIB

Çin və ABŞ-ın tətbiq etdiyi ticarət tarifləri dünyanın ən böyük LNG alıcısı və satıcısı arasında problem yaradıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik bildirir ki, Çin ən azı 40 gündür ki, ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxal etmir.

Bloomberg tərəfindən nəzərdən keçirilən məlumatlara görə, treyderlər ABŞ-ın 20 faizlik tariflərinə cavab olaraq Pekinin tətbiq etdiyi 15 faizlik tariflərdən qaçmaq üçün digər ölkələrə daşımaların istiqamətini dəyişdirməyə məcbur olurlar. ABŞ-ın Çin bazarına LNG tədarükündəki cari fasilə 2023-cü ilin iyun ayından bəri ən uzun fasilə olub.