18 mart 2025 14:17
127

ABŞ Sosial Təminat İdarəsi ETİRAF ETDİ: Yaşı 120-dən çox olan 3,2 milyon nəfər ölü imiş

ABŞ-da Hökumətin Effektivliyi Departamenti (DOGE) 120 yaşdan yuxarı təxminən 3,2 milyon ABŞ sakininin öldüyünün etiraf olunmasına nail olub. Sosial təminat idarəsinin məlumat bazalarında onlar canlı insanlar kimi qeyd edilib və müavinət alıblar.

“İki sahil” xəbər verir ki,  bu barədə milyarder İlon Maskın rəhbərlik etdiyi agentlik sosial şəbəkə hesabında məlumat yayıb.

“Son iki həftə ərzində Sosial Təminat İdarəsi məlumat bazalarında əsaslı təmizləmə aparıb. Yaşı 120-dən yuxarı olan təxminən 3,2 milyon hesab sahibi hazırda ölmüş kimi qeyd olunur. Hələ görüləsi çox iş var”, - deyə, bəyanatda vurğulanıb.

Fevral ayında departamentin rəhbəri İlon Mask amerikalıların sosial müavinət alan yaşına diqqət çəkib. Onun dərc etdiyi qrafikə görə, ABŞ-da 100 yaşdan yuxarı 4 milyondan çox vətəndaş var. Mask ABŞ-ın sosial təminat sistemini tarixin ən böyük saxtakarlığı adlandırıb.