Alimlər Braziliyada yaşayan yarasalarda yeni növ koronavirus aşkarlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Yeni koronavirusun ilk dəfə 2012-ci ildə Yaxın Şərqdə müəyyən edilmiş Mers-CoV virusu ilə genetik ardıcıllıqla təxminən 72 faiz oxşarlığa malik olduğu aşkar edilib. 2014-cü ildə bu növ koronavirus Səudiyyə Ərəbistanında 283 nəfərin ölümünə səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2613 Mers-CoV infeksiyası təsdiqlənib, 943 nəfər ölüb. Braziliyalı alimlərin qeyd etdiyi kimi, yeni növ koronavirusun insanlara yoluxma qabiliyyətinin olub-olmadığını hələ bəlli deyil , lakin belə bir potensial var. Alimlər bu il tədqiqatlarını Honq-Konqdakı laboratoriyalarda davam etdirmək niyyətindədirlər.