18 mart 2025 15:35
105

HƏMAS kompromisə getməyəcəyini bəyan edib

HƏMAS kompromisə getməyəcəyini və "bütün fələstinlilərin hüquqları həyata keçirilənə qədər" mübarizəni davam etdirəcəyini elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın teleqram kanalında paylaşılıb.

"Fələstin xalqı işğal sona çatana və onun bütün qanuni hüquqları tam şəkildə həyata keçirilənə qədər öz qanuni mübarizəsini dayandırmayacaq", - məlumatda bildirilib.