18 mart 2025 17:21
105

Britaniyadan çağırış

Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.

 "Azərbaycan və Ermənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər.