19 mart 2025 10:01
89

Serbiyada qadağan olunmuş səs silahı iddiası: Vuçiç FTB və FSB-dən kömək istəyəcək

Serbiyanın Novi Sad şəhərində qatar stansiyasının damının uçması nəticəsində həlak olan 15 nəfərin xatirəsini yad etmək üçün fəallar 15 dəqiqəlik anma mərasimi keçirirərkən polisin etirazçılara qarşı “qadağan olunmuş səs silahı”ndan istifadə etdiyi bildirilir.

İki sahil” xəbər verir ki, iddialara görə, səs qrupu iki yerə bölüb.

Məlumata görə, paytaxt Belqradda 100 min insanın qatıldığı nümayişlər zamanı təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı qadağan olunmuş səs silahlarından istifadə edib.

Serbiya Daxili İşlər Nazirliyi bu cür hərbi təyinatlı cihazlardan istifadəni təkzib edib. Etirazçılar hadisədən sonra saatlarla qulaqlarında cingilti, baş ağrıları, başgicəllənmə və tarazlığın itirilməsindən əziyyət çəkdiklərini bildiriblər.

Səsli silahlardan istifadə ilə bağlı müzakirələrə müxalifət də qoşulub. Onlayn kampaniyada yarım milyondan çox imza toplanıb. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müstəqil təhqiqat başlatmaq istənilib.

2017-ci ildən vəzifədə olan prezident Aleksandar Vuçiç bu silahın izdihamı istiqamətləndirmək üçün istifadə edildiyi iddiasını “Serbiyanı məhv etməyə yönəlmiş əsas yalan” kimi qiymətləndirib.

O, hətta iddiaları araşdırmaq üçün ABŞ-dan FTB-yə, Rusiyadan isə FSB-yə zəng edəcəyini deyib və əlavə edib ki, “Onların necə yalan danışdığını görmək tarix üçün vacibdir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”