19 mart 2025 14:13
98

Bosniya və Herseqovina polisi Dodikin həbsinə dair orderi təsdiqləyib

Bosniya və Herseqovina polisi Serb Respublikasının (RS) prezidenti Milorad Dodikin həbsinə order olduğunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki,  bu barədə AFP məlumat yayıb.

Bundan əvvəl Bosniya prokurorluğu polisə prezident Milorad Dodik də daxil olmaqla RS-nin bütün ali rəhbərliyini “ölkənin konstitusiya quruluşuna qəsd” ittihamı ilə həbs etməyi əmr etmişdi.

“Biz bu üç nəfərin - Bosniya serblərinin lideri Milorad Dodik, Serb Respublikasının baş naziri Radovan Viskoviç və parlamentin spikeri Nenad Stevandiç barəsində həbs orderi almışıq”, - deyə hüquq-mühafizə orqanlarının nümayəndəsi Vahidin Munjiç yerli mediaya müsahibəsində bildirib.