20 mart 2025 12:29
137

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil” Korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil  ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə “ExxonMobil” Korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.  

⁠Söhbət zamanı “ExxonMobil”in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ⁠Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.