21 mart 2025 16:22
116

Bəhlul Mustafazadə: Haiti millisinə qalib gələ biləcəyik

Çalışırıq ki, yığmaya yeni dəvət alan oyunçulara öz köməyimizi göstərək.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib. Müdafiəçi sabahkı matçda qələbə qazanmaq istədiklərini bildirib: "Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Rəqibin oyunlarını izləmişik. Heyətlərində kifayət qədər yüksək səviyyəli futbolçular var. İnanıram ki, Haiti millisinə qalib gələ biləcəyik. Kollektivdə ab-hava yüksək səviyyədədir. Yığmaya yeni cəlb olunan futbolçular da böyük həvəslə məşqlərəd iştirak edirlər. Çalışırıq ki, yığmaya yeni dəvət alan oyunçulara öz köməyimizi göstərək".

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq.