Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində hesab açılıb.
“İki sahil” xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabda irəli çıxıblar.
9-cu dəqiqədə Pier adını tabloya yazdırıb.
***
Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda Haiti ilə qarşılaşır.
“İki sahil” xəbər verir ki, görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilir.
Matçı Türkiyəli baş hakim Kadir Sağlam idarə edir.
***
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub.
Rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub.
Rəqibin heyətində Frantsdi Pyerro (9, 63) dubl müəllifi olub. Digər qolu isə Jan Jak (83) aktivinə yazdırıb.
Millimizin heyətində 84-cü dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus seçməsini sınağa çəkəcək.