24 mart 2025 00:11
202

Keyn İngiltərəyə qayıdır?

"Bavariya"nın futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasına qayıtmaq istəyir. 

“İki sahil” xəbər verir ki, bu barədə "El Nacional" hücumçunun yaxın ətrafına istinadla məlumat yayıb. 

31 yaşlı oyunçu bu mövsümün sonunda öz ölkəsinə qayıdıb karyerasını orada bitirmək istəyir. Keyni transfer etmək üçün favorit komanda "Liverpul"dur. Mersisaydlılar İngiltərə millisinin kapitanına ambisiyalı layihə və möhkəm komanda təklif edə bilərlər. Buna baxmayaraq, "Bavariya"da hücumçusunu buraxmaq niyyətində deyil. Lakin Keynin İngiltərəyə qayıtmaq istəyi qərarverici amil ola bilər. 

Qeyd edək ki, Harri Keyn bu mövsüm "Bavariya"nın heyətində 37 oyuna çıxaraq 32 qol vurub və 11 qolun ötürməsini edib. Onun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Harri Keyn "Tottenhem"in yetirməsidir və 2023-cü ilə qədər London klubunda çıxış edib.