24 mart 2025 01:22
203

Millətlər Liqası: Türkiyə millisi A Liqasına yüksəldi

Türkiyə millisi Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşündə səfərdə Macarıstanla qarşılaşıb.

“İki sahil” xəbər verir ki, “ay ulduzlular” 3:0 hesabı ilə qələbə qazandığı matçda qolları Hakan Çalhanoğlu (37), Arda Gülər (39) və Abdülkerim Bardakcı (90) vurub. İlk görüşüdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Türkiyə millisi A liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyə millisi tarixində ilk dəfə A liqasında mübarizə aparacaq.