Türkiyədə təlim-məşq toplanışında iştirak edən Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirib.
“İki sahil” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Moldova ilə üz-üzə gəlib. Matç yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığma üç gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə qarşılaşacaq.