"Komandamız bu gün tarix yazdı".
“İki sahil” xəbər verir ki, bunu Haitinin futbol üzrə millisinin baş məşqçisi Sebastien Minye Azərbaycan yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri matç barədə danışıb: "Futbolçularımın çıxışından razı qaldım. Bu, yığmamızın ardıcıl 9-cu qələbəsidir. Rəqib komanda da pis təsir bağışlamadı. Azərbaycan seçməsinə qarşıdakı görüşlərdə uğurlar arzu edirəm".
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan Azərbaycan – Haiti görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.