27 mart 2025 14:07
212

Lənkəran komandası Azərbaycan çempionatından kənarlaşdırılıb

AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən "Xan Lənkəran"ı yarışdan kənarlaşdırıb.

“İki sahil” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın heyətində "Şəfa" ilə qarşılaşmada yetərsayın olmaması səbəb olub.

Bölgə təmsilçisinə texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığından "Xan Lənkəran" turnirdən uzaqlaşdırılıb.