30 mart 2025 19:56
209

Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin növbəti oyunları keçirilib.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, I-IV yerlər uğrunda yarışan "Qarabağ"la "Bakı"nın görüşündə nominal qonaqlar 36:24 hesabı ilə qalib gəliblər.

Günün digər oyununda isə "Kür" "Azəryol"a məğlub olub - 36:33.

Qeyd edək ki, hər iki qarşılaşma "AHF Arena"da keçirilib.