27 mart 2025 17:48
205

Rusiya Futbol İttifaqı komandaların turnirlərə neytral statusda qayıtmasını istəmir

Rusiya Futbol İttifaqı komandaların beynəlxalq turnirlərə neytral statusda qayıtmasını istəmir.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksandr Dyukov "Match TV"yə açıqlamasında bildirib.

"Neytral statusda və neytral meydanlarda çıxış etmək istəyirik? Biz öz bayrağımız altında və himnimizlə mübarizə aparmaq niyyətindəyik", - deyə A.Dyukov vurğulayıb.

Qeyd edək ki, Rusiya komandalarının beynəlxalq turnirlərdə iştirakının bərpası ilə bağlı UEFA və FIFA-da müzakirələr davam edir. 2022-ci ildən Ukrayna ilə müharibə səbəbindən sözügedən ölkənin təmsilçiləri yarışlara buraxılmır.