27 mart 2025 18:41
218

Yüksək Liqada daha iki oyun keçirilib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun daha iki oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, günün ilk matçında "Neftçi" "Yasamal Bakı"nı məğlub edib - 12:3.

İkinci görüşdə isə hazırkı ölkə çempionu "Araz-Naxçıvan "Şuşa MFK"-ya şans verməyib - 10:4.

Qeyd edək ki, turun ilk oyununda "Baku Fire" U-19-u 3:1 hesabı ilə üstələmişdi. "Baku Fire" 32 xalla liderdir. "Araz-Naxçıvan" və "Neftçi"nin 31 xalı var. "Şuşa" 12 xalla dördüncü, U-19 9 xalla beşincidir. Xalı olmayan "Yasamal Bakı" sonuncu - atlıncı pillədə qərarlaşıb.