27 mart 2025 18:53
217

Mayk Menyan "Milan"dan ayrılacaq?

“Milan”ın qapıçısı Mayk Menyan gələcəyi ilə bağlı qərarını verib.

“İki sahil” xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Milan" növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmasa, 29 yaşlı qolkiper bu yay klubdan ayrılacaq.

O, 2026-cı ilin yayına qədər olan müqaviləsini uzatmaq fikrində deyil. "Milan" isə futbolçunu azad agent kimi buraxmaqdansa, onun transferindən gəlir əldə etməyi üstün tutur. 

Fransa millisinin üzvü ilə "Çelsi" və "Aston Villa" klublarının maraqlandığı qeyd edilir. 

Qeyd edək ki, Menyan cari mövsümdə "Milan"ın heyətində 41 oyuna çıxıb, 47 qol buraxıb.