30 mart 2025 14:31
217

Bu gün Azərbaycan Kubokunun qalibi məlum olacaq

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.

“İki sahil” xəbər verir ki, final matçında "Gəncə" və NTD komandaları üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, kubokun son sahibi "Neftçi" komandasıdır.