31 mart 2025 11:52
193

Fransanın PSJ klubu rekordu təkrarlayıb

Fransanın PSJ klubu Avropanın top-5 liqalarında ən uzun məğlubiyyətsiz səfər seriyası ilə bağlı İtaliya təmsilçisi "Milan"ın 1993-cü ildə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.

"İki sahil"in "Squawka"ya istinadən məlumatına görə, bu seriya 38 matçdan ibarətdir. Paris təmsilçisi 30 oyunda qələbə qazanıb, 8 dəfə heç-heçə edib. PSJ hazırda 29 oyundan sonra 71 xalla Fransa çempionatının turnir cədvəlinin vahid lideridir. İkinci yerdə 50 xalla “Monako” qərarlaşıb. İlk "üçlüy"ü 49 xalla “Marsel” tamamlayır.

Bizim Telegram kanalı