Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Moskvada keçirilən görüşdə Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər. Tərəflər həmçinin Qara dənizdəki vəziyyəti və gəmiçilik təhlükəsizliyinin təmin edilməsini müzakirə ediblər.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bununla əlaqədar, Rusiya tərəfi yerli kənd təsərrüfatı məhsullarının ixracının normallaşdırılması, o cümlədən bank ödənişlərinin qurulması, sığorta və nəqliyyat logistikası məsələlərinin həlli, “dondurulmuş” aktivlərin blokadadan çıxarılması, ehtiyat hissələrinin və avadanlıqların tədarükünün bərpasına dair Rusiya-BMT Memorandumunun tam icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.
ABŞ-ın Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda apardığı danışıqlardan sonra tərəflər Qara dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsini istisna etmək barədə razılığa gəliblər. Kreml qeyd edir ki, saziş yalnız Rosselxozbank və digər maliyyə qurumlarından sanksiyalar götürüldükdən sonra qüvvəyə minəcək. Martın 29-da ABŞ-ın vitse-prezidenti J.D.Vens Qara dənizdə atəşkəs sazişinin demək olar ki, hazır olduğunu bildirib.