01 aprel 2025 14:57
173

Qutsulun tərəfdarları Kişinyovda məhkəmə binasının qarşısına toplaşır

Moldovanın paytaxtında Qaqauziyanın həbsdə olan rəhbəri Yevgeniya Qutsulun tərəfdarları məhkəmə binası qarşısında toplaşır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Sputnik Moldova" məlumat yayıb.

Agentliyin Telegram-kanalında yayımlanan videoda “siyasi repressiya” tətbiq edilən Qaqauziya rəhbərinin getdikcə daha çox tərəfdarlarının Kişinyovda məhkəmə binası qarşısında toplaşdığı görünür.

Martın 28-də Moldovada məhkəmə Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu 2023-cü il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı ittihamlarla 20 sutka müddətinə həbs edib.

Bundan əvvəl Qutsulun mətbuat xidməti prokurorun ictimaiyyəti yanlış məlumatlandırdığını bildirmişdi.