Ukrayna infrastrukturun bərpası üçün Avropa İnvestisiya Bankından 100 milyon avro həcmində tranş alacağını gözləyir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
“Ukrayna və Avropa İnvestisiya Bankı su və kanalizasiya sistemlərinin bərpası üçün 100 milyon avro məbləğində maliyyələşdirmə barədə razılığa gəliblər”,- deyə, o, Telegram kanalında yazıb.
Şmıqalın sözlərinə görə, Avropa İnvestisiya Bankının Ukraynadakı layihələrinin ümumi portfeli təxminən 4,3 milyard avro təşkil edir.
Bundan əvvəl Macarıstan Aİ-nin Ukraynaya 20 milyard avroluq yeni yardım paketi təklifini dəstəkləməmişdi.