01 aprel 2025 15:49
148

Bu ölkə Minaların Qadağası Konvensiyasından çıxmağa hazırlaşır

Finlandiya piyada əleyhinə minaların istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edən Ottava Konvensiyasından çıxmaq üçün hazırlıqlara başlamaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti Finlandiya hökumətinə istnadla məlumat yayıb.

“Finlandiya piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiyadan çıxmaq üçün hazırlıqlara başlayacaq”, - deyə, məlumatda qeyd edilir.

Qeyd olunur ki, müvafiq qərar respublika prezidenti Aleksandr Stubb və Xarici Siyasət və Təhlükəsizlik Nazirləri Komitəsinin iclasında qəbul edilib.