01 aprel 2025 16:16
183

İlon Mask dünyanın ən varlı adamıdır - "Forbes"

Amerikalı sahibkar və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask "Forbes" jurnalına görə dünyanın ən zəngin milyarderləri siyahısında birinci yeri tutur.

“İki sahil” xəbər verir ki,  bu barədə RT məlumat yayıb.

“Elon Mask yeddi şirkət, o cümlədən elektrikli avtomobil istehsalçısı "Tesla", raket istehsalçısı "SpaceX" və süni intellekt startapı xAI-nın həmtəsisçisi olub”, - deyə, nəşrdə qeyd edilir.

Nəşrin məlumatına görə, Maskın sərvəti 342 milyard dollardır. İkinci yerdə sərvəti 216 milyard dollar dəyərində qiymətləndirilən Meta korporasiyasının rəhbəri Mark Zukerberqdir.

"Amazon"un qurucusu Ceff Bezos 215 milyard dollar sərvətlə üçüncüdür.