01 aprel 2025 16:44
186

Zelenskinin ofisi prezident seçkilərinə hazırlığa başlayıb - İDDİA

Volodimir Zelenskinin ofisi Ukraynada keçiriləcək prezident seçkilərinə fəal şəkildə hazırlığa başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə STRANA.ua xəbər yayıb.

“Zelenskinin ikinci müddətə yenidən seçilməsinə hazırlıq həqiqətən də intensivləşib” - deyə, portal mənbəyə istinadla yazır.

Ukrayna hakimiyyəti hələlik atəşkəsin mayın əvvəlinə qədər davam edəcəyinə əmin olmasa da, bu ehtimalı istisna etmir. Qeyd olunur ki, mümkün seçkilərin tarixi, ilk növbədə, Zelenskinin ofisinin onun qələbəsinə inamı əsasında müəyyən ediləcək.

“The Economist” daha əvvəl yazıb ki, Ukraynada prezident seçkiləri yayda keçirilə bilər.