06 aprel 2025 16:59
148

Polşa Belarusla sərhəddə elektron maneənin quraşdırılmasını başa çatdırıb

Polşa Belarus ilə sərhəddə axan İstoçanka və Svisloç çaylarında videomüşahidə və hərəkət sensorlarından ibarət elektron baryerin quraşdırılmasını başa çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Sərhəd Mühafizə Xidməti Svisloç və İstoçanka çaylarında quraşdırılmış elektron baryeri istifadəyə verib", – nazirliyin paylaşımında qeyd olunub.

Xatırladaq ki, bir həftə öncə sərhəd xidməti Belarusla sərhəddəki hasar boyunca elektron baryerin modernləşdirilməsi işlərinin başa çatdığı barədə məlumat vermişdi.