06 aprel 2025 17:06
145

Britaniya və ABŞ hipersəs raket mühərrikini uğurla sınaqdan keçiriblər

Böyük Britaniya və ABŞ hipersəs raket mühərrikinin birgə sınaqlarını keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Krallığın sənaye və ABŞ hökuməti ilə əməkdaşlığı sayəsində Britaniya alimləri hipersəs mühərrikin əsas sınağını başa çatdırıblar", – məlumatda bildirilib.

Qeyd olunub ki, qurğunun mühərrik sistemi qabaqcıl hipersəs qanadlı raketin prototipini qidalandırmaq üçün nəzərdə tutulub.

"Biz daha təhlükəli bir dünyada yaşayırıq. Qoşunlarımızı gələcəyin texnologiyaları ilə təchiz edərək innovasiyalar tətbiq etmək və rəqiblərimizdən irəli getmək bizim üçün heç vaxt olmadığı qədər vacibdir", – Britaniyanın müdafiə naziri Con Hili söyləyib.