Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında idman gimnastikası yarışlarına start verilib.
“İki sahil” xəbər verir ki, Novi Sad şəhərində təşkil edilən yarışda Azərbaycanın üç təmsilçisi finala vəsiqə qazanıb. Leyla Məmmədzadə dayaqla tullanmada (12.250 xal) və sərbəst hərəkətlərdə (11.500 xal) buna nail olub.
Aynaz Məcidzadə müxtəlif hündürlük qollarda uğurla çıxış edib və 10.400 xalla finala yüksəlib.
Digər gimnastımız Albina Aliyeva dayaqlı tullanmada ( 12.175 xal) həlledici raunda vəsiqə qazanıb.
Həlledici mərhələ aprelin 7-də baş tutacaq.
Qeyd edək ki, təsnifat mərhələsində Məhəmməd Rüstəmzadə və Xədicə Abbaszadə də iştirak ediblər.