07 aprel 2025 08:49
110

Energetika naziri: Moldova Azərbaycan qazının köməyi ilə enerji təhlükəsizliyini möhkəmləndirməyə can atır

Moldova Cənub Qaz Dəhlizi çərçivəsində təşviq edilən tərəfdaşlıqlar vasitiləsi, eyni zamanda, alternativ tədarük marşrutlarına çıxışı genişləndirməklə öz enerji müstəqilliyini möhkəmləndirməyə çalışır.

“İki sahil” xəbər verir ki, bunu Moldovanın energetika naziri Dorin Cunqhetu Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda keçirilən 11-ci nazirlər iclası və “yaşıl” enerji üzrə Məşvərət Şurasının 3-cü nazirlər iclası çərçivəsində Trend-ə verdiyi müsahibədə deyib.

“Son illər Moldova Respublikası 2021-ci ildən etibarən, daha çox Rusiyanın fəaliyyəti ilə əlaqədar meydana gəlmiş və bizim dayanıqlılığımız və enerji infrastrukturumuz üçün ciddi sınağa çevrilmiş enerji böhranları silsiləsi yaşayıb. Bununla belə, biz bu çağırışları imkanlara çevirməyi bacarmışıq – biz öz enerji təhlükəsizliyimizi möhkəmləndirmiş, tədarük mənbələrimizi şaxələndirmişik”, - deyə o qeyd edib.

Jinqietu Moldovanın kommersiya məqsədləri ilə Yunanıstan-Bolqarıstan interkonnektorundan istifadə edən ilk ölkə olduğunu xatırladıb, eyni zamanda, Aleksandropolis (Yunanıstan) terminalından STQ tədarükündən faydalanmış ilk dövlətlərdən olduğunu diqqətə çatdırıb.

“Biz qazın Ukrayna ərazisindəki yeraltı anbarlara nəqli ilə şaquli dəhlizin kommersiya səmərəliliyini nümayiş etdirdik. Lakin, əlbəttə ki, Moldovanın əldə etdiyi irəliləyiş Avropa İttifaqındakı dostlarımız, Ukrayna və digər inkişaf tərəfdaşlarımızla güclü həmrəylik və əməkdaşlıq sayəsində mümkün oldu. Onların dəstəyi olmasaydı, yolumuz xeyli çətin olardı. Qeyd etmək istərdim ki, bu gün Moldova artıq enerji baxımından həssas dövlət deyil və enerji şantajına məruz qalmır. Bu dəyişikliklərin əsasını alternativ marşrutlar və tədarük mənbələrinin mövcudluğu təşkil edir”, – deyə nazir bildirib.

O qeyd edib ki, Moldova əvvəlki kimi ölkənin enerji təhlükəsizliyinin marşrutların və tədarük mənbələrinin şaxələndirilməsi yolu ilə davamlı şəkildə möhkəmləndirilməsinə maraq göstərir

“Bununla əlaqədar biz Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Cənub Qaz Dəhlizinin və onun rolunun genişlənməsini tam olaraq dəstəkləyirik. Moldova öz enerji müstəqilliyini möhkəmləndirməyə can atır, alternativ tədarük marşrutlarına çıxışı genişləndirir; o bunu, eyni zamanda, Cənub Qaz Dəhlizi çərçivəsində təşviq olunan tərəfdaşlıqlar vasitəsilə həyata keçirir. Bundan başqa, bizim Mərkəzi və Cənub-Şərqi Avropanın (CESEC) enerji əməkdaşlığı üzrə təşəbüsümüz sayəsində, Moldova bu gün regional enerji təhlükəsizliyi arxitekturasının aktiv iştirakçısı və Cənub Qaz Dəhlizi və Trans-Balkan dəhlizi çərçivəsində mühüm tranzit ölkədir”, - deyə Junqietu bildirib.

O, Moldovanın tədarük mənbələrinin şaxələndirilməsi məqsədilə Azərbaycandan qazın idxalında maraqlı olduğunu, lakin bu məsələnin konkret təfərrüatlarının hələ texniki səviyyədə müzakirəyə çıxarılmalı olduğunu vurğulayıb.

“Təbii qaz Moldovanın enerji balansında həlledici rol oynamağa davam edəcək. O, həm daxili generasiya üçün önəmlidir, həm də bərpaolunan enerji mənbələrinin payının artması şəraitində tarazlaşdırıcı güclərin təmin olunması baxımından əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən biz Moldovanın enerji gələcəyi üçün önəmli bir layiyə olaraq şaquli dəhlizə xüsusi diqqət ayırırıq. Bundan sonra tədarük mənbələrinin şaxələndirilməsi, o cümlədən, Azərbaycandan mümkün idxallar, bizim enerji tələbatımızın ödənilməsi baxımında həlledici əhəmiyyət daşıyacaq.

Biz ona inanırıq ki, bütövlükdə dəhliz üçün vahid tarifin təsdiqlənməsi onun kommersiya baxımdan cəlbediciliyini təmin edəcək və Şərqi Avropanın ehtiyaclarının ödənilməsi məqsədilə Moldovanın təklif etdiyi Ukrayna yeraltı anbarlarından istifadə modelini gerçəkləşdirməyə imkan verəcək. Vahid, şəffaf tarif strukturu dəhlizi biznes dairələri və investorlar üçün daha cəlbedici edəcək və onun uzunmüddətli dayanıqlığını təmin etmiş olacaq.

Moldova etibarlı enerji tərəfdaşı olaraq Azərbaycanın rolunu yüksək qiymətləndirir və bu sferada ikitərəfli əməkdaşlığın möhkəmləndiriləcəyinə ümid bəsləyir, belə ki, ölkələrimiz arasındakı münasibətlər hazırda yüksək səviyyədədir”, - deyə nazir bildirib.

Azərbaycanla “yaşıl” enerji sferasında əməkdaşlığın perspektivlərinə gəlincə, Junqietu ölkəsinin Qara dəniz üzərindən elektrik enerjisinin ötürülməsi məqsədilə sualtı kabel layihəsində iştirakda maraqlı olduğunu vurğulayıb.

“Onu da deyim ki, bərpaolunan enerji mənbələri üzrə ikinci hərrəcda azərbaycanlı investorların iştirakı bizi çox sevindirərdi. Hərracın vaxtı bu il elan olunacaq”, - deyə Junqietu sonda qeyd edib.