Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Aprelin 7-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonuna çatıb.
“İki sahil” xəbər verir ki, bu gün Ağdərə rayonunun Suqovuşan kəndində 53 ailə olmaqla, 185 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.