13 aprel 2025 21:31
158

"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib

"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, "Saxır" dairəsində keçirilən yarışın qalibi "McLaren"in avstraliyalı pilotu Oskar Piastri olub.

İkinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel qərarlaşıb. İlk "üçlüy"ü "McLaren” komandasının digər pilotu Lando Norris tamamlayıb.

Qeyd edək ki, O.Piastri ötən gün Bəhreyn Qran-prisinin sıralama turunun da qalibi olmuşdu.