15 aprel 2025 10:00
161

Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 15:00-da start götürəcək. Saat 17:00-da isə “Milli Aviasiya Akademiyası” ilə "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.