13 aprel 2025 21:53
156

Kişi həndbolçuların Azərbaycan çempionatında V-VI yerlər uğrunda növbəti oyunlar keçirilib

Kişi həndbolçuların Azərbaycan çempionatında V-VI yerlər uğrunda növbəti oyunlar olub.

“İki sahil” xəbər verir ki, günün ilk matçında "Dinamo" və "Təhsil" komandaları üz-üzə gəliblər.

İlk hissəsi 13:13 hesabı ilə bitən görüşün əsas vaxtı da bərabərliklə yekunlaşıb - 31:31.

"AHF Arena"da keçirilən digər oyunda isə "İdman Akademiyası" "Gənclər Birliyi"nə 30:27 hesabı ilə qalib gəlib.