14 aprel 2025 01:53
155

Azərbaycanın yunan-Roma güləşi millisi də Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub.

“İki sahil” xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan komanda 151 xalla Avropanın ən güclüsü adını qazanıb.

Bu, millimizin 2-ci Avropa çempionluğu olub.

Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanın sərbəst güləş mllisi də bu turnirin qalibi adını qazanıb.