14 aprel 2025 09:09
131

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha üç oyunu keçiriləcək

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha üç oyunu bu gün keçiriləcək.

“İki sahil” xəbər verir ki, günün ilk matçında "Quba" "Ordu"nu qəbul edəcək.

Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə "hərbçilər" qalib gəlib - 91:83.

Ardınca NTD və "Abşeron" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Matç Sərhədçi İdman Mərkəzində, saat 18:00-da başlayacaq. Birinci dueldə "Abşeron" qələbə qazanıb - 88:74.

Saat 21:00-da eyni arenada "Sərhədçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. İlk görüşdə birincilər inamlı qalibiyyət əldə edib - 123:97.

Qeyd edək ki, pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa vəsiqə qazanacaq. Daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74) üstələyərək bu mərhələdə iştirak hüququ qazanıb.