Serbiyanın Zlatibor şəhərində ISF U15 Gimnaziada İdman Oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən idmançılar arasında yer alan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) yetirmələri yarışda uğurla çıxış ediblər.
AHİİTA-nın idmançıları 3-ü qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.