“İki sahil” xəbər verir ki, görüşdə TTSİ-nin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verilib, “yaşıl enerji” sahəsində təşkil olunan təlim kursları və onların statistik göstəriciləri haqqında təqdimat edilib.
Görüşdə, həmçinin BMT İnkişaf Proqramı və SOCAR-ın birgə “NAMA” layihəsi çərçivəsində quraşdırılmış Eko-sürücülük simulyatoru nümayiş etdirilib, nəqliyyat sahəsindəki təlimlərin əhəmiyyəti vurğulanıb. Görüş zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətində qarrşılıqlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə müxtəlif suallar cavablandırılıb.