15 aprel 2025 18:04
103

Aİ Ukraynaya 40 milyard avro ayırmaq planlarından imtina etmək məcburiyyətində qalıb

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Ukraynaya dəstək fondunun yaradılması ideyasından imtina etmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki,  bu barədə İspaniyanın “Publico” qəzeti məlumat yayıb.

Bildirilir ki, Aİ-yə üzv olan bütün ölkələrin xarici işlər nazirləri hərbi yardımın azaldılmasını gözləyirlər.

Fondun yaradılması ideyası İspaniya, Fransa və İtaliya tərəfindən rədd edilib. İndi Avropa diplomatiyasının rəhbəri Ukraynaya təxminən 5 milyard avro dəyərində 2 milyon ədəd sursat göndərməyi təklif edir.