Almaniyanın gələcək kansleri Fridrix Merç strateji hədəf kimi birbaşa Krım körpüsünə işarə edərək, Ukrayna Silahlı Qüvvələrinin müdafiədən hücuma keçməsinin zəruriliyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Tagesschau" məlumat yayıb.
“Rusiyanın növbəti hücumları halında, Ukrayna məsələn, Rusiya ilə Krım arasında ən mühüm quru əlaqəsini məhv etmək imkanına malik olmalıdır, - deyə siyasətçi bildirib.
“Axı Rusiya ordusunun hərbi təchizatının əsas hissəsi məhz Krımdadır”, – Merç telekanala müsahibəsində bildirib.
Siyasətçi bu yaxınlarda Bundestaqdakı çıxışını belə şərh edib və o, avropalı tərəfdaşlarla razılaşdırılacağı təqdirdə, uzaqmənzilli “Taurus” raketlərini Ukraynaya ötürməyə hazır olduğunu bəyan edib.