Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Mark Rubio arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, tərəflər Suriya və Qəzzadakı son durum barədə danışıblar.
Onlar, həmçinin Rusiya-Ukrayna müharibəsində atəşkəsin təmin olunmasına dair səylər haqqında fikir mübadiləsi aparıblar.
Diplomatlar, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.